Alimlərin maaşı ARTDI

Alimlərin maaşı
qərar
İqtisadiyyat 27-12-2024 - 13:35

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsinin yeni məbləğləri təsdiqlənib.

Ajans.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, yeni məbləğlər aşağıdakı kimi olacaq:

(manatla)

 

 

Təhsil alan kontingent

Pedaqoji işçilər

professor və ya elmlər doktoru

 

dosent və ya fəlsəfə doktoru

elmi dərəcəsi, elmi adı olmayan şəxslər

Bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim- tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin

ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr

 

 

 

16,50

 

 

 

11,00

 

 

 

8,60

Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri,

kursantları və dinləyiciləri

 

19,60

 

14,30

 

9,60

Doktorantlar, ali təhsilli rəhbər işçilərin və

mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri

 

23,60

 

16,60

 

11,00

Qərara əsasən, əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxildir.

Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 19,60 manat, dosent və ya fəlsəfə doktoru üçün 14,30 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 9,60 manat məbləğində müəyyənləşdirilir.

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 12,50 manat, geyimsiz naturada isə 20,70 manat məbləğində müəyyən olunur.

Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.

Qeyd edək ki, bundan Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri aşağıdakı kimi olub:

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri

(manatla)

Təhsil alan kontingent

Pedaqoji işçilər

professor və ya elmlər doktoru

dosent və ya fəlsəfə doktoru

elmi dərəcəsi, elmi adı olmayan şəxslər

Bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr

14,25

9,45

7,40

Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri

16,90

12,30

8,30

Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri

20,35

14,30

9,45

Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil olub.

Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 16,90 manat, dosent və ya fəlsəfə doktoru üçün 12,30 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 8,30 manat məbləğində müəyyənləşdirilib.

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 10,80 manat, geyimsiz naturada isə 17,85 manat məbləğində müəyyən olunub.

PAYLAŞ: