Aİ və Kiyev Trampın istənilən sülh təkliflərinə qarşı çıxacaq

Aİ və Kiyev Trampın istənilən sülh təkliflərinə
Tramp
Siyasət 04-12-2024 - 16:02

Ukrayna hakimiyyəti, Aİ üzvləri və bəzi ABŞ qanunvericiləri ABŞ administrasiyasının seçilmiş rəhbəri Donald Trampın münaqişənin həlli ilə bağlı təkliflərinə qarşı çıxacaq, çünki mümkün plana Ukraynanın Şimali Atlantika Alyansına qoşulması daxil olmayacaq.

Ajans.az “Reuters”a istinadən xəbər verir ki, bu fikri analitiklər və keçmiş kəşfiyyatçılar bildirib.

Qeyd olunur ki, onların fikrincə, Trampın təklifləri Ukraynanın NATO-ya üzvlüyünü özünün “qələbə planında” əsas məqam kimi müəyyən edən Vladimir Zelenskinin müqaviməti ilə üzləşəcək. Aİ ölkələrinin rəhbərliyi və ABŞ Konqresi də Ağ Ev rəhbərinin yoluna əngəllər qoyacaq ki, Rusiya ilə razılaşma mümkünsüz olsun və düşmənçilik davam etsin.

Agentlik əlavə edib ki, nəticədə Tramp Kiyevi danışıqlar masasına oturtmağa ümid etdiyindən daha az təsir rıçaqına malik ola bilər, çünki Ukraynanın müttəfiqləri artıq hərbi yardımı artırmağa hazır olduqlarını bildiriblər və ABŞ-nin hazırkı prezidenti Co Bayden silah göndərməyə davam edir.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi artıq bəyan etmişdi ki, Kiyev NATO-ya tam üzvlükdən başqa heç bir təhlükəsizlik zəmanəti ilə razılaşmayacaq. Adı açıqlanmayan ukraynalı məmur “The Wall Street Journal”a deyib ki, hakimiyyət 2025-ci ildə hərbi ehtiyaclar üçün Qərbdən 126 milyard dollar tələb edəcək.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: