Aİ Rusiyaya sanksiya tətbiq ETDİ: KİV məhdudiyyətləri

Avropa İttifaqı (Aİ) 16-cı sanksiyalar paketi çərçivəsində səkkiz Rusiya KİV-nin yayımını qadağan edib.
Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, məhdudiyyətlər Eurasia Daily nəşri, News Front agentliyi, SouthFront saytı, RuBaltic.ru portalı, Lenta.ru onlayn nəşri, Zvezda telekanalı və Strateji Mədəniyyət Fonduna təsir edib. Aİ Şurası bu KİV-lərin yayım lisenziyasını dayandırdığını bildirib.
Məhdudiyyətlər Rusiyanın 13 bankını da əhatə edib. Onların SWIFT beynəlxalq ödəniş sistemindən əlaqəsi kəsilib.
Bundan əvvəl məlum olub ki, Aİ xarici işlər nazirləri yeni anti-Rusiya sanksiyalar paketini təsdiqləyiblər.
Fevralın 23-də Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini açıqlayıb.