Ağcaqanad öldürənlərə pul mükafatı veriləcək - BU ÖLKƏDƏ

Ağcaqanad öldürənlərə pul mükafatı veriləcək -
Ağcaqanad
Dünya 20-02-2025 - 10:11

Filippində səlahiyyətlilər dang qızdırmasının qarşısını almaq üçün milçəklərə mükafat qoyublar.

Ajans.az xəbər verir ki, paytaxt Manilanı və ətraf əraziləri əhatə edən Milli Paytaxt Bölgəsindəki Mandaluyonq şəhərində ağcaqanadların çoxalmasından sonra səlahiyyətlilər həyəcan təbili çalıb.

Şəhərdəki Barangay Əlavəsi idarəçisi Carlito Cernal, 5 ağcaqanad öldürən hər kəsə 1 Filippin Pesosu mükafat veriləcəyini açıqlayıb.

Keçən həftə iki tələbənin ağcaqanadların yoluxdurduğu dang qızdırması səbəbiylə öldüyünü qeyd edən Cernal mükafat üçün öldürülən ağcaqanadların dəlil olaraq gətirilməli olduğunu bildirib. O əlavə edib ki, ağcaqanad sürfələri gətirənlərə pul mükafatları veriləcək.

Filippinin Səhiyyə Nazirliyi BBC-yə bildirib ki, o, "yerli hakimiyyət orqanlarının dang xəstəliyi ilə mübarizə səylərini təqdir edir".

Digər tərəfdən, ağcaqanadlara pul mükafatı qoymaq sosial mediada gülüş obyektinə çevrilib.  Sosial şəbəkə istifadəçilərindən biri “Ağcaqanad ferması açılır”, digəri isə “Ağcaqanadın yalnız bir qanadı olsa, biz mükafat ala bilərikmi?” deyə soruşub.

Cernal mükafatın sosial mediada ələ salınmasına əhəmiyyət vermədiyini və bu addımın xalqın sağlamlığı üçün zəruri olduğunu bildirib.

Manilanın mərkəzindəki Barangay Əlavəsində təxminən 70 min insan yaşayır. Buranın paytaxtın ən sıx məskunlaşdığı ərazilərdən biri olduğunu deyən Cernal bu cür addımların ölkənin digər bölgələrində də atıla biləcəyini bildirib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: