Ağ Evdə gərginlik - VİDEO

Ağ evdə Donald Tramp, Volodimir Zelenski və ABŞ-nin vitse-prezidenti Cey Di Vens arasında gərginlik yaşanıb.
Ajans.az xəbər verir ki, üçlük arasında müzakirə mübahisəyə çevrilib.
Vens: Mən ölkənizi məhv olmaqdan saxlayan diplomatiya üçün danışıram. İndi sizdə adam qıtlığı var, kişilər çatışmır.
Zelenski: Siz Ukraynada olmamısınız.
Vens: Mən tarixi görürəm, Ukrayna xalqının başına gələnləri görürəm. Görürəm ki, orduya adam tapa bilmirsiniz. Siz bizim administrasiyaya hücum edə bilməzsiniz.
Tramp Zelenskiyə: Sizin bizə nəyisə diktə etməyə haqqınız yoxdur. İndi çox əlverişli mövqedə deyilsiniz.
Zelenski: Danışa bilərəm, cənab prezident?
Tramp: Yox, siz artıq çox danışmısınız!