Afət Fərmanqızı Rövşən İsaxın sözlərinə belə cavab verdi - VİDEO

Müğənni Afət Fərmanqızı aktyor və rejissor Rövşən İsaxın onun haqqında səsləndirdiyi “Mən onu tanımıram, yəqin ki, müğənni deyil, oxuyandır” ifadəsinə sərt reaksiya verib.
Ajans.az xəbər verir ki, Afət, bu fikirləri xoş qarşılamadığını bildirərək, kişilərin qadınlar haqqında belə ifadələr işlətməsinin düzgün olmadığını vurğulayıb.
“Bir kişi qadına söz atmamalıdır. Əgər o, məni tanımırsa, mən də onun kim olduğunu bilmirəm. Amma hər kəs öz sahəsində çalışmalıdır və başqalarına fikir bildirməkdən çəkinməlidir,” – deyə müğənni fikirlərini ifadə edib.
Onun bu çıxışı qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.