”Adam var bir güllə ilə, adam da var bir maqazin güllə ilə öldürülürdü" - Bayıl Həbsxanasının DƏHŞƏTLİ TARİXİ
Bayıl həbsxanası tarixi ilə seçilən, Azərbaycanın ən qədim həbsxanalarından biridir. Əvvəllər at tövləsi, daha sonra dənizçilərin kazarması kimi istifadə edilən bu bina, 1890-cı illərdə yenidən qurularaq həbsxana kimi fəaliyyət göstərməyə başlayıb.
Ajans.az-ın xəbərinə görə, həbsxana yalnız məhbusların saxlanıldığı yer kimi deyil, həm də ölüm hökmlərinin icra edildiyi məkan olaraq tanınıb. Azərbaycanda ölüm hökmləri əsasən Bayıl həbsxanasının ən qorxulu hissəsi hesab olunan "ölüm korpusu" adlanan 5-ci korpusunda həyata keçirilib.
Bu səbəbdən həbsxana tarixi yalnız məhkəmə sistemi ilə deyil, həm də Azərbaycan cəmiyyətinin keçmişi ilə bağlı acı xatirələri özündə ehtiva edir.
Qeyd edək ki, Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirib.