Acun Ilıcalıya görə iş ortağı işə düşdü - SƏBƏB

Acun Ilıcalıya görə iş ortağı işə düşdü -
Esat Yontuç, Acun Ilıcalı
İdman 10-12-2024 - 15:08

Acun Ilıcalı ilə “Qalatasaray” arasında gərginlik davam edərkən maraqlı bir detal da üzə çıxıb.

Ajans.az xəbər verir ki, klub Acun Ilıcalının ortağı Esat Yontuça komanda ilə səfərə qadağa qoyub.

"Qalatasaray"ın müxbiri İlhan Tüysüzün paylaşımına görə, sarı-qırmızılılar Acun Ilıcalının ortağı və "Qalatasaray"ın futbolçusu Esat Yontuça mövsümün əvvəlindən komanda ilə səfərə qadağa qoyulub. Tüysüz “Acun Ilıcalı rəhbərliyə gəldiyi gündən “Fənərbaxça”dadır. Esat Yontuçu təyyarəyə buraxmayıblar. “Qalatasaray” klubu lazımi addımları atıb və atmaqda davam edir. Mübarizə davam edir və mən bu mübarizəni dəstəkləyirəm” ifadələrini səsləndirib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: