ABŞ-nin keçmiş səfiri Aİ-ni Ukraynaya qoşun yeritməyə ÇAĞIRDI
Avropa İttifaqı (Aİ) münaqişə bitdikdən sonra Ukraynaya qoşun yeritməlidir.
Ajans.az xəbər verir ki, bunu “Politico” nəşrinə müsahibəsində ABŞ-ın Yaponiyadakı keçmiş səfiri Kennet Vaynşteyn deyib.
“Ukrayna ilə Rusiya arasında hərbisizləşdirilmiş zona varsa, mən təklif edərdim ki, bu zonada NATO və ABŞ qoşunları deyil, Aİ qoşunları yerləşdirilsin”, - deyə, ABŞ-ın keçmiş səfiri deyib.
Vaynşteyn Aİ-ni təhlükəsizlik zəmanətlərinin təmin edilməsi çərçivəsində Ukraynaya qoşun göndərməyə hazırlaşmağa çağırıb. Diplomatın fikrincə, Avropa İttifaqı üçün Kiyevə mühüm təhlükəsizlik təminatlarının verilməsi kritik əhəmiyyət kəsb edir. O əlavə edib ki, qoşunların Ukraynaya yerləşdirilməsi birləşmə niyyətlərinin ciddiliyini göstərəcək.