ABŞ İsrailin Suriya ərazisini ələ keçirməsini alqışladı

ABŞ İsrailin Suriya ərazisini ələ keçirməsini
Suriya
Siyasət 10-12-2024 - 11:50

ABŞ Dövlət Departamenti İsrailin Colan təpələrindəki Suriya ərazilərini ələ keçirməsini haqlı addım hesab edir.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə danışıb. Amerikanın xarici siyasət idarəsinin nümayəndəsinin sözlərinə görə, Suriya hərbçilərinin razılaşdırılmış İsrail-Suriya bufer zonası mövqeyindən çıxarılması terror təşkilatlarının doldura biləcəyi boşluq yaradıb.

“Onlar İsrail dövlətini və İsrailin daxilindəki mülki əhalini təhdid edəcəklər”, -deyə, Miller qeyd edib

Bundan əvvəl İsrail 1973-cü ilin Oktyabr Müharibəsindən sonra ilk dəfə olaraq Qolan Təpələri xaricində Suriya ərazisinə daxil olub. İsrail qüvvələri sərhədin Suriya tərəfindəki Hermon dağının zirvəsini, eləcə də əraziyə nəzarəti sabitləşdirmək üçün vacib hesab edilən bir neçə başqa məntəqəni nəzarətə götürüb.

Baş nazir Benyamin Netanyahu 1967-ci ilə qədər Suriyaya aid olan Qolan təpələrinin hər zaman İsrailin ayrılmaz hissəsi olacağını bildirib. Onun sözlərinə görə, Suriyada Bəşər Əsəd rejiminin süqutu İsrail ordusunun İran və Livana hücumlarının nəticəsi olub.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: