ABŞ-də bu qurumun başına türk gətirildi

ABŞ Senatı Donald Trampın milyonlarla ABŞ vətəndaşının sağlamlığına nəzarət edən quruma rəhbər vəzifəsinə seçdiyi Mehmet Özü təsdiqləyib.
Ajans.az dünya mediasına istinadən xəbər verir ki, məşhur həkim və teleaparıcı, Kolumbiya Universitetinin keçmiş ürək cərrahı olan və eyniadlı gündüz tok-şousu ilə məşhurlaşan Öz, keçən il ABŞ prezidenti Donald Tramp tərəfindən "Medicare və Medicaid" xidmətlərinin (CMS) rəhbəri təyin edilmişdi.
2009-cu ildə özünün "The Dr Oz Show" adlı televiziya proqramını açan Öz, əsl cinayət hekayələri və məşhurların müsahibələri ilə yanaşı, tamaşaçılara sağlamlıq məsləhətləri verirdi.
Bu qurumun rəhbəri kimi Öz ABŞ-nin təxminən yarısının tibbi sığortasını idarə edən bir agentliyin nəzarətini öz üzərinə götürəcək.