AB "missiyası" bu dəfə Qubadlı ilə sərhəddə

AB "missiyası" bu dəfə
Gündəm 13-02-2025 - 21:03

Avropa Birliyinin Ermənistandakı "müşahidə missiyası"nın üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Ajans.az xəbər verir ki, onlar fevralın 13-də Qubadlı rayonu ilə həmsərhəd zonada müşahidə aparıblar. Avropalı müşahidəçilər binoklla ətrafa və Azərbaycan ərazilərinə baxış keçiriblər.

Azərbaycan sərhədçiləri ənənəvi olaraq, "müşahidə missiyası"nın hərəkətlərini müşahidə altında saxlayıb və qeydə alıb.

Xatırladaq ki, AB-nin Ermənistandakı "müşahidə missiyası" mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır.

Qeyd edək ki, AB-nin Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik "müşahidə missiyası"nın mandatı daha iki il – 19 fevral 2027-ci ilədək uzadılıb.

PAYLAŞ: