93 PUA məhv edildi - NƏ BAŞ VERİR?

Aprelin 2-nə keçən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri ölkənin üç rayonu üzərində 90-dan çox Ukrayna pilotsuz təyyarəsini məhv edib.
Ajans.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 93 pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib”, - məlumatda deyilir.
Rəsmi məlumata görə, düşmənin 93 PUA-sı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Əsas zərbə 87 pilotsuz təyyarənin tutularaq məhv edildiyi Kursk vilayətinə dəyib.
Daha dörd pilotsuz təyyarə Rostov vilayəti, ikisi isə Belqorod vilayəti ərazisi üzərində vurulub.
Bundan əvvəl məlum olub ki, bazar ertəsi, martın 31-nə keçən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Rusiya vilayətləri ərazisi üzərində Ukrayna ordusunun 66 pilotsuz təyyarəsini məhv edib. Pilotsuz təyyarələrin əksəriyyəti Bryansk vilayəti, eləcə də Kaluqa və Kursk vilayətləri ərazisi üzərində vurulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.