Livandaki miqrantların ACINACAQLI VƏZİYYƏTİ: “Müasir kölələliyin bir forması kimi…” - FOTO
İsrailin zərbələrindən təhlükəsizlik axtaran bir çox əcnəbi işçilər köçkünlük və ayrı-seçkilik maneələri ilə üzləşir. Sudanlı bir qadın yeni doğulmuş körpəsini Beyrutda yerləşən Müqəddəs Cozef kilsəsində miqrantlar üçün olan müvəqqəti sığınacaqda saxlayır.
Ajans.az xəbər verir ki, Livanda yaşayan efiopiyalı miqrant Soreti sağ olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyir. Soreti başına gələnləri bu cür şərh edib: "Bu, qətliam idi. Sadəcə qocaların və uşaqların yaşadığı çoxmənzilli binaları vurdular. Mən yaxşıyam, düşünürəm ki, eşitmə qabiliyyətimi itirmişəm. Buradakı uşaqlar kabuslara görə yatmaqdan qorxurlar".
Soreti Livanda yaşayan təxminən 175.000-200.000 əcnəbi işçi arasındadır, onların əksəriyyəti qadınlardır. Beynəlxalq Amnistiya Təşkilatının Əmək Nazirliyinə istinad edən 2019-cu il hesabatına görə, o zaman Livandakı ev işçilərinin miqrantlarının ən azı 75 faizi efiopiyalı olub. Onlar 1980-ci illərdə gəlməyə başladılar və Livandakı vətəndaş müharibəsi bitdikdən sonra 1990 və 2000-ci illərdə ölkəyə kütləvi şəkildə axın edib. Əksəriyyəti evdə qulluqçu kimi aşağı maaşlı işlərdə çalışır və ailələrinə pul göndərir.
Miqrantlar təmin edilən hüquqi müdafiələrdən kənarda qalıb. Əvəzində onların statusu insan haqları tədqiqatçıları tərəfindən müasir köləliyin formasına bənzətdiyi “kafala” və ya sponsorluq sistemi ilə tənzimlənir. Kafala sisteminə görə, miqrantlar nə qədər ağır vəziyyətdə olsalar da, onlara qarşı edilən sui-istifadələrə görə hüquqi müdafiə axtara bilməzlər.