5 yaşlı uşaq buna görə gözünü itirdi - SƏBƏB/FOTOLAR
Beş yaşlı uşaqda sıradan həkim yoxlanışında “qolf topu” ölçüsündə beyin şişi aşkar edilib.
Ajans.az xəbər verir ki, Rayli Tompson adlı uşağa şişdən sonra optik sinir qlioması diaqnozu qoyulub.
Onun anası, 36 yaşlı Nikol, oğlunun gözlərini qıydığını görəndə ilk dəfə bir problemin fərqinə varıb. Şişin ölçüsünə və mövqeyinə görə cərrahlar onun gözünü əməliyyatla çıxarmaq məcburiyyətində qalıb.