2025-ci ildə qlobal iqtisadiyyat üçün əsas təhlükələr BUNLARDIR

2025-ci ildə qlobal iqtisadiyyat üçün əsas təhlükələr
İqtisadiyyat
İqtisadiyyat 20-01-2025 - 16:14

Davamlı inflyasiya 2025-ci ildə qlobal iqtisadiyyat üçün əsas təhlükədir.

Ajans.az xəbər verir ki, ən təhlükəli tendensiyaları İsveçrə Mərkəzi Bankının (MB) keçmiş rəhbəri Filip Hildebrand adlandırıb.

Tənzimləyicinin keçmiş rəhbərinin sözlərinə görə, bir sıra məsələlərdə digər ölkələrdən geri qalan Avropanı ən böyük təhlükələr gözləyir.

"Avropa rəqəmsal müharibəni uduzur, biz enerji müharibəsini uduzuruq və həll edilməli olan ciddi, deyərdim ki, kritik, rəqabətqabiliyyətlilik problemi var" deyə Hildebrand xəbərdarlıq edib.

Qlobal bazarlar qiymət artımı ilə yanaşı, qocalmaqda olan cəmiyyətlər, texnoloji dəyişikliklər və parçalanmış geosiyasətlə təhdid altındadır. Bu amillər daha yüksək istehlak qiymətlərinə səbəb olacaq və səlahiyyətlilərdən sərt kompromislər tələb edəcək.

“İnflyasiya aydın şəkildə azalsa da, pandemiyadan sonrakı düzəlişlər sayəsində, inflyasiya hekayəsinin bitdiyini düşünmürəm. Ən böyük risk odur ki, biz oyanırıq və inflyasiyanın təkcə davamlı olmadığını, həm də davam etməkdə olduğunu başa düşürük” deyə izah edib.

Bir sıra CNBC ekspertləri xəbərdarlıq edir ki, Rusiyaya qarşı son sanksiyalar bu ölkədən əvvəllər xammal alan ölkələr üçün neft şoku ilə nəticələnəcək. Məsələn, Rusiyanın enerji şirkətlərinə və xammal daşıyan gəmi operatorlarına tətbiq edilən məhdudiyyətlər Hindistanın ucuz rus neftini idxalını çətinləşdirəcək və Asiyanın üçüncü ən böyük iqtisadiyyatında inflyasiyanın artmasına səbəb ola bilər.

 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: