17 beynəlxalq ekspert Aktauda təyyarə qəzasını araşdırır

17 beynəlxalq ekspert Aktauda təyyarə qəzasını
qəza
Gündəm 29-12-2024 - 11:32

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) aviasiya hadisələrinin araşdırılması bölməsinin rəhbəri Tormodur Tormodson “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğrama səbəblərini müəyyən etmək üçün Aktauya gəlib.

Bu barədə Ajans.az-a Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

"ICAO-nun baş katibinin tapşırığı ilə Aktau şəhərinə akkreditə olunmuş müşahidəçi - aviasiya hadisələrinin araşdırılması bölməsinin rəhbəri Tormodur Tormodson gəlib", - nazirliyin məlumatında bildirilib.

Qeyd edilib ki, ICAO Qazaxıstanın aviasiya orqanlarının fəaliyyətini, araşdırmanın aparılmasında açıqlığını və maraqlı dövlətlərin cəlb olunmasını yüksək qiymətləndirib.

"Beləliklə, 17 beynəlxalq ekspertin hamısı Aktaudadır", - məlumatda vurğulanıb.

PAYLAŞ: