100 gün su altında belə yaşadı - FOTOLAR
Florida Cənubi Universiteti adlı yerdə işləyən Dr. Co Dituri 2023-cü ildə fövqəladə bir təcrübə keçirib və 100 gün su altında yaşayıb.
Ajans.az xəbər verir ki, “Dr. Dərin dəniz” olaraq da bilinən Dituri bu təcrübə ilə həm insan orqanizminə təsirlərini araşdırmağı, həm də elmi kəşflərə töhfə verməyi hədəfləyib.
2023-cü il martın 1-də başlayan bu qeyri-adi təcrübə biologiya sahəsində bir ilk olub. Florida Cənubi Universitetindən edilən şərhdə Diturinin bu təcrübə ilə iki əsas məqsədi güddüyü ifadə edilib:
1) Dəniz həyatını canlandırmağın yollarını kəşf etmək,
2) İnsanlarda müxtəlif xəstəliklərin qarşısını ala biləcək tibbi texnologiyaların inkişafı.
Bundan əlavə, eksperimentin insan psixologiyasına təsiri də müşahidə edilib. Ekspert psixoloqlar və psixiatrlar Diturinin təcriddən necə keçdiyini və bu təcrübənin uzunmüddətli kosmos səyahəti kimi oxşar mühitlərdəki təcrübələrlə necə müqayisə oluna biləcəyini araşdırıb. Təcrübənin bir hissəsi olaraq, Dituri Florida ştatının Key Larqo şəhərindəki Jules' Undersea Lodge adlı sualtı laboratoriyada 30 fut (təxminən 9 metr) dərinlikdə 100 kvadrat metrlik yaşayış sahəsində təcrid olunmuş bir həyat yaşayıb. Bu təcrübə "Neptun 100" adlanırılıb.
Dəniz altında yaşadığı müddətdə Dituri təkcə elmi araşdırmalarla maraqlanmır, həm də onlayn dərslər verməklə tələbələrə yaşadığı təcrübəni bölüşüb. Təcrübə zamanı komanda əvvəllər məlum olmayan birhüceyrəli orqanizm növünü kəşf edib.
Dituri "The Independent" qəzetinə deyib:
“Biz bunun elm üçün yeni bir növ olduğunu düşünürük. O, bu ərazidə minlərlə dəfə görülüb, lakin indiyə qədər fərq edilməyib. Sadəcə baxmaq lazım idi”
Təcrübə boyu Diturinin sağlamlıq vəziyyəti də yaxından izlənilib. Bu uzunmüddətli sualtı həyatının sağlamlığa müsbət təsirləri görünməyə başlayıb.
2023 İyun ayında Dr. Dituri təcrübə zamanı fiziki və bioloji yaşının azaldığını iddia edib. 56 yaşlı professor təcrübədən əvvəl bioloji yaşının 44 olduğunu, təcrübədən sonra isə bu yaşının 34-ə endiyini açıqlayıb. Təcrübənin sonunda Dituri “su altında ən uzun müddət yaşamaq” rekordunu qırıb və adını Ginnesin Rekordlar Kitabına yazmağı bacarıb. Dr Diturinin qabaqcıl təcrübəsinin həm dəniz tədqiqatlarında, həm də insan sağlamlığında yeni kəşflərə ilham verməsi gözlənilir.