100 dən çox turist kruiz gəmisində qapalı qaldı - Aclıq aksiyasına BAŞLADILAR

100 dən çox turist kruiz gəmisində qapalı qaldı -
Kruiz
Dünya 29-11-2024 - 09:52

Aralarında rusiyalı turistlərin də olduğu 170-dən çox sərnişin Antarktidada lüks kruiz gəmisində qapalı qalıb və gəmidə aclıq aksiyası keçirir.

Ajans.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı yazır.

Nəşrin məlumatına görə, Antarktidaya gedərkən SH DIANA gəmisinin mühərrikində problemlər yaranıb və bu səbəbdən kruiz şirkəti “Swan Hellenic” səfəri ləğv etməli olub.

"Gəmi hazırda saatda 11 kilometr sürətlə Argentinanın cənubundakı Ushuaia şəhərinə doğru sürünür. Gəmi 30 dekabr, şənbə günü oraya çatmalıdır. Mühəndislər qrupunun dekabrın 3-də növbəti səfərindən əvvəl problemi həll etmək üçün gəmiyə minməsi planlaşdırılır.

Gəzintinin qiyməti 9 min dollardan 12 min dollara qədər dəyişir. “Swan Hellenic” turun tam məbləğini qaytarmaqdan imtina edir, buna görə də Rusiyadan gələn səyahətçilər etiraz etməyə başlayıblar. Turistlər bu qərarla razılaşmayaraq pulun tam geri qaytarılması üçün məhkəməyə müraciət etməyə hazırlaşırlar.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: