Ərdoğan İmamoğlunun həbsi ilə bağlı DANIŞDI - VİDEO

Ərdoğan İmamoğlunun həbsi ilə bağlı DANIŞDI -
Siyasət 20-03-2025 - 23:10
 1286

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsi ətrafında genişmiqyaslı korrupsiya araşdırmaları çərçivəsində Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı açıqlama verib.

Ajans.az xəbər verir ki, Ərdoğan bu məsələyə Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş millət vəkilləri ilə iftar süfrəsində çıxışı zamanı toxunub. Prezident müxalifətin məhkəmə iddialarına cavab verə bilmədiyini qeyd edərək, CHP və onu dəstəkləyən media qurumlarını korrupsiya və digər qanunsuzluqlarla bağlı irəli sürülən ittihamlara cavab verməməkdə ittiham edib.

“Onlar polisə hücum edir, məhkəmə hakimlərini və prokurorları təhdid edirlər. Müxalifət siyasi şüarlar vasitəsilə ictimaiyyəti aldatmağa çalışır. Əgər ortada qanuni alınmış bir diplom varsa və ya korrupsiya iddiaları əsassızdırsa, bunu hüquqi sübutlarla təsdiqləmək mümkündür. Amma bunu etmirlər, çünki həqiqəti yaxşı bilirlər”, – deyə dövlət başçısı bildirib.

PAYLAŞ: