Peskovdan sanksiyalarla bağlı REAKSİYA
![Peskovdan sanksiyalarla bağlı](https://ajans.az/uploads/images/202502/image_940x_67a5dda69d720.webp)
Rusiya Beynəlxalq Cinayət Məhkəməsini (ICC) tanımır və ABŞ prezidenti Donald Trampın məhkəməyə qarşı sanksiyaları Moskvaya təsir etmir.
Ajans.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz müvafiq qanunun tərəfləri deyilik və buna görə də ICC-ni tanımırıq. Bu, amerikalılara aiddir, onların BCM-ə öz münasibəti var və bu, bizim işimiz deyil”, - Kremlin rəsmi nümayəndəsi qeyd edib.