“Zirə” “Sumqayıt”ı darmadağın etdi

İdman
15-02-2025 - 21:57
Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.
“Ajans.az” xəbər verir ki, ilk gündə bir matç keçirilib.
Turun açılış oyununda “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edib. İlk hissədən üstünlüyü ələ alan qonaqlar, rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb.
Hazırda “Zirə” turnir cədvəlində 42 xalla üçüncü, “Sumqayıt” isə 22 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları fevralın 16-sı və 17-də keçiriləcək.
Mövzular:
Oxşar xəbərlər
"Real Madrid"də Ançelotti erası bitir - Xabi Alonso baş məşqçi postuna gətirilir
İdman12:27 / 28-10-24