Zelenskiyə ordu ilə bağlı yeni səlahiyyət verildi

Ukraynada prezidentə silahlı qüvvələri başqa dövlətlərə göndərmək hüququ verən qanun qəbul edilib.
Ajans.az Globalinfo.az-a istinadən xəbər verir ki, qanun Ali Rada tərəfindən təsdiqlənib.
Sənədin lehinə 267 deputat səs verib.
Qanuna əsasən, hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrinin bölmələri “milli təhlükəsizliyin və müdafiənin təmin edilməsi, Ukraynaya qarşı silahlı təcavüzün dəf edilməsi və qarşısının alınması, onun suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə” digər dövlətlərə göndərilə və bu dövlətlərin ərazisində qala bilər. Hərbi vəziyyət dövründə hərbi bölmələrin digər dövlətlərə yönləndirilməsi barədə qərarı ölkə prezidenti verəcək.