Zelenski üzr istəməlidir, səbrimiz sonsuz deyil - Uolt

Gündəm
03-03-2025 - 22:47
Amerika xalqının səbri sonsuz deyil, pul kisəsi sonsuz deyil, təchizat və sursatımız da sonsuz deyil.
Ajans.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib.
Uolts bildirib ki, indi Ukrayna ilə danışmaq vaxtıdır:
“Münaqişəni həll etmək üçün Zelenski ötən cümə günü Oval kabinetdə prezidentlə açıq mübahisədən sonra üzr istəməli, mineral ehtiyatlar sazişini imzalamağa və Rusiya ilə sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan etməlidir”.