Bəşər Əsəd sabiq həmkarı ilə qonşu olacaq

Bəşər Əsəd sabiq həmkarı ilə
Bəşər Əsəd
Gündəm 10-12-2024 - 11:57

Moskvaya qaçan Suriyanın devrilmiş lideri Bəşər Əsədin bundan sonra nə edəcəyinin təfərrüatları aydınlaşmağa başlayıb.

Ajans.az xəbər verir ki, Moskvada hazırkı dəyəri təxminən 60 milyon dollar olan 19 mənzilə sahib olan Əsədin Ukraynadan qaçan keçmiş prezident Yanukoviçlə eyni küçədə qonşu ola biləcəyi iddia edilib.

Rusiyaya qaçan Bəşər Əsədin paytaxt Moskvada Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə eyni küçədə yaşaya biləcəyi iddia edilib.

Noyabrın 27-də silahlı müxalifətin başlatdığı əməliyyat nəticəsində məğlubiyyəti qəbul edən və Rusiyanın paytaxtı Moskvaya qaçan Bəşər Əsədin bundan sonra nə edəcəyi hər kəsdə maraq doğururdu. 

Yanukoviç ona qarşı “dövlətə xəyanət ittihamı ilə” açılan işdə Rusiya hərbi birləşmələrini ölkəyə dəvət etdiyi və vəzifəsindən uzaqlaşdırılan Yanukoviçin Rusiyaya qaçması ilə təqsirli bilinib. Qeyd olunub ki, Yanukoviçin hazırda Rusiyada harada yaşadığı dəqiq məlum deyil.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: