Zəhra Hüseynovanın iştirakı ilə ADU-da “CulTech İnkubasiya” proqramı keçirildi -FOTOLAR
Azərbaycan Dillər Universitetində (ADU) “CulTech İnkubasiya” proqramı çərçivəsində daha bir tədbir keçirilib.
Ajans.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi və “SUP VC” MMC-nin dəstəyi ilə təşkil olunan bu proqram gənc startapçılar və yaradıcı düşüncəli tələbələr üçün innovativ ideyalarını reallaşdırmaq və qlobal bazara çıxarmaq üçün əvəzolunmaz imkan təqdim edir.
Tədbir zamanı müxtəlif mövzularda çıxışlar edilib, təlimçilər startapların inkişaf yollarından danışıb və iştirakçıların suallarını cavablandırıblar. Proqram, xüsusilə tələbələr arasında böyük maraq doğuraraq onların kreativ potensialını üzə çıxarmaq üçün əhəmiyyətli rol oynayıb.
Qeyd edək ki, tədbirdə ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Zəhra Hüseynova da iştirak edib. Onun dəstəyi və təşəbbüsləri tələbələrin aktiv iştirakını təmin etməklə yanaşı, tədbirin ümumi ruhuna xüsusi bir rəng qatıb.
“CulTech İnkubasiya” proqramı Azərbaycanın yaradıcı gənclərinin beynəlxalq arenada söz sahibi olmasına töhfə verəcək bir addımdır. Bu cür tədbirlər gələcək innovasiya liderlərinin formalaşmasında böyük əhəmiyyət daşıyır.