Zəfər parkının ən son görüntüsü
Bakı şəhəri 8 Noyabr prospektində inşa olunan Zəfər parkının tikintisi yekunlaşır.
Ajans.az xəbər verir ki, parkın tikintisinə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması” barədə Sərəncamından sonra başlanılmışdı.
Doqquz hektardan çox ərazisi olan parkın girişində Qələbəyə aparan rəmzi yolu simvolizə edən 44 tağ elementindən istifadə olunub.
Həmçinin, parkın daxilində 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb.
Son günlərdə sosial şəbəkələrdə parkın ən son görüntüləri yayılıb. Fotolardan göründüyü kimi, parkın tikintisi artıq yekunlaşmaq üzrədir.