Reklam resmi
Reklam resmi

Daha bir ərazidə yanğın BAŞLADI

Daha bir ərazidə yanğın BAŞLADI
Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonu istiqamətində, Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Ajans.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Mövzular:
hadisə yanğın FHN Ağdam

Digər Xəbərlər