Yuxusunda varlandığını gördü və bu qədər pul QAZANDI - ŞOK

Yuxusunda varlandığını gördü və bu qədər
Yuxu
Maraqlı 03-03-2025 - 12:15

ABŞ-də Şimali Karolina ştatından olan lotereya qalibi tirajdan bir gün əvvəl cekpotu udmaqla bağlı yuxu görüb.

Ajans.az xəbər verir ki, bu barədə UPI yazır.

Stenlidən Robert Hoban bir dollara lotereya bileti alıb və qarşıdan gələn tirajı düşünərək yatmağa gedib. Ertəsi gün nəticələri yoxlayanda 110 min dollar zənginləşdiyini aşkar edib.

“Ən maraqlısı odur ki, bir gün əvvəl qalib gələcəyimi yuxuda gördüm. Bu, çox qəribədir, çünki mən hətta dəqiq məbləği yuxumda görmüşdüm” deyən adam lotereya təşkilatçılarına yuxusunu danışıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: