Yutub bu saytların reklamını qadağan edir

Yutub bu saytların
Gündəm 06-03-2025 - 23:27

Yutub onlayn qumar saytlarının təbliğatını məhdudlaşdıran yeni qaydalar tətbiq edib.

Ajans.az xəbər verir ki, platforma Quql tərəfindən təsdiqlənməmiş qumar xidmətlərinin adının çəkilməsini, loqoların nümayişini və linklərin paylaşılmasını qadağan edir.

Şirkət bu addımın xüsusilə gənc izləyiciləri qorumaq üçün vacib olduğunu vurğulayıb.

Bununla belə, yeni qaydalar idman mərc saytlarını əhatə etmir. ESPN BET kimi idman mərc platformalarının sponsorluq müqavilələri təhlükəsiz qalır. Yutub eyni zamanda, qumarla bağlı bütün məzmunu yaş məhdudiyyəti ilə məhdudlaşdıracaq və istifadəçilərin yaşını süni intellekt vasitəsilə qiymətləndirəcək.

Qeyd edək ki, Twitch və X platformaları da oxşar məhdudiyyətlər tətbiq edib, lakin bəzi şirkətlər bu qaydaları aşmaq üçün alternativ yollar axtarmağa davam edirlər.

PAYLAŞ: