Yeni terror təşkilatı üzə çıxıb
Nigeriyada 15 mülki vətəndaşın həyatını itirdiyi terror hadisəsini hamının şübhələndiyi Boko Haram təşkilatı törətməyib.
Ajans.az xəbər verir ki, Nigeriyanın şimal-qərbindəki Kebbi bölgəsindəki Mera kəndinə təşkil edilən terror hücumunda 15 mülki vətəndaş həyatını itirib. Bütün məsuliyyəti "Lukurava" adlı yeni terror təşkilatı öz üzərinə götürüb. Onlar adlarını ilk dəfə dilə gətiriblər. Nigeriya höküməti terror təşkilatının arxasında Rusiyanın hərbi şirkəti olan "Vaqner2in dayandığını iddia edib.