Yeni həftəyə tıxacla başlayan yolların SİYAHISI

Yeni həftəyə tıxacla başlayan yolların
Tıxac
Cəmiyyət 03-02-2025 - 09:00

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Zərifə Əliyeva küçəsində;

6. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;

7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

PAYLAŞ: