Yaralılar artıq BAKIDADIR
Xəbər verdiyimiz kimi “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Aktauya göndərilmiş Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya gətiriliblər.
Ajans.az xəbər verir ki, xəsarət almış vətəndaşlar müalicələrini "Yeni Klinika"da davam etdirəcəklər.
Sosial şəbəkələrdə yaralıların təsirli görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik:
View this post on Instagram