2025-ci ildə Azərbaycanda referendum keçiriləcək? - Məzahir Pənahov
Məzahir Pənahov: "2025-ci ildə referendum keçirilməsi ilə bağlı müzakirə yoxdur"
Ajans.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 2025-ci ildə referendum keçirilməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib. O, jurnalistlərə açıqlamasında belə bir məsələnin hazırda müzakirə olunmadığını bildirib.
"Bu istiqamətdə hər hansı müzakirə və ya qərar yoxdur. Rəsmi açıqlama verilərsə, ictimaiyyət məlumatlandırılacaq," – deyə Pənahov qeyd edib.