ABŞ ən böyük silah sazişini Türkiyə ilə bağladı
2024-cü ildə ABŞ ən böyük məbləğli silah satışı sazişini Türkiyə ilə bağlayıb.
Ajans.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin 2024-cü ildə ABŞ-ın digər ölkələrə satdığı hərbi texnika ilə bağlı hesabatında bildirilib.
Qeyd edilib ki, Türkiyə ilə sövdələşmənin dəyəri 23 milyard dollar olub və Türkiyə F-16 döyüş təyyarələri və modernizasiya avadanlıqları alıb.
Türkiyəni 18,8 milyard dollar dəyərində F-15 döyüş təyyarələri almaqla İsrail və 7,2 milyard dollar dəyərində F-35 döyüş təyyarələri almaqla Rumıniya izləyir.