Xırdalanda restoranda yanğın - Video

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində restoranda yanğın hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, qaynar xəttə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onüçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan restoranın tüstü bacasında yağ qalıqları yanıb.
Restoran yanğından mühafizə olunub.