Bakıda sürücünü maşından çıxarıb döydülər - DİN-dən açıqlama (VİDEO)

“Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Ajans.az-a açıqlamasında bildirilib ki, cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.
Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.
Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
***
Bakıda dava olub.
Ajans.az xəbər verir ki, 99-BZ-500 dövlət qeydiyyat nişanlı "Chevrolet Malibu" markalı avtomobilin sürücüsünü maşından çıxarıb döyüblər.
Hücum edən şəxslər avtomobili yarasız hala salıblar.
View this post on Instagram