Elçibəyin əkiz nəvələri oldu

Azərbaycanın mərhum prezidenti Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib.
Ajans.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən Elçibəyin oğlu Ərturqut Əliyevin övladları doğulub.
Körpələrdən biri qız, digəri isə oğlandır.
Məlumatı ailənin yaxını Çingiz Özgür təsdiq edib. O bildirib ki, əkizlər dünən Bakı Sağlamlıq Mərkəzində doğulublar. Vaxtından əvvəl doğulduqları üçün körpələr hazırda küvəzdə saxlanılır.
Qeyd edək ki, Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular:
Oxşar xəbərlər
ADY tərəfindən hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri davam etdirilir
Cəmiyyət10:55 / 27-02-25
"103” Çağrı Mərkəzinə səsli və videogörüntülü məlumat göndərə biləcəyik - RƏSMİ
Cəmiyyət07:51 / 17-10-24
Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə... Prezident
Cəmiyyət11:51 / 16-02-25
Uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar sərnişinlərə ediləcək güzəştlər müəyyənləşdi
Cəmiyyət18:04 / 25-02-25