Xəzər dənizində 3-cü dəfə zəlzələ oldu - YENİLƏNDİ
Xəzər dənizində bu gün üçüncü dəfə zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, təkanlar yerli vaxtla saat 10:52-də olub. 3,4 maqnitudalı zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.
***
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Ajans.az- a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yeraltı təkanlar 30 km dərinlikdə, yerli vaxtla saat 07:28-də qeydə alınıb.
***
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində 3.0 maqnitudalı zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yeraltı təkanlar 63 km dərinlikdə, yerli vaxtla saat 02:03-də qeydə alınıb.