21 yaşlı qız keçmiş nişanlısı tərəfindən ÖLDÜRÜLDÜ - TƏFƏRRÜAT

Nevşehirdə ekskavatorçu işləyən 26 yaşlı Mustafa Baltaş təxminən 2 ay əvvəl ayrıldığı nişanlısı 21 yaşlı Beyza Akdoğanı nasoslu ov tüfəngi ilə öldürüb, daha sonra eyni silahla intihar edib.
Ajans.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.
Hadisə axşam saatlarında Yasemin küçəsində baş verib. İddialara görə, nişanlı olan Beyza Akdoğan və Mustafa Baltaş təxminən 2 ay əvvəl ayrılıb. Ekskavatorçu Mustafa Baltaş axşam saatlarında əlində pompalı ov tüfəngi ilə keçmiş nişanlısının ünvanına gedib.
Beyza Akdoğanın ailəsi yoxkən evinə girən Baltaş mübahisə zəminində keçmiş nişanlısını pompalı ov tüfəngi ilə vurub, daha sonra eyni silahı öz başına dayayaraq atəş açıb. Bina sakinləri silah səslərini eşidib hadisə barədə məlumat verdikdən sonra ünvana polis və tibb qrupları göndərilib.
Hadisə yerinə gələn sağlamlıq qruplarının müayinəsi nəticəsində Akdoğan və Baltaşın həyatını itirdiyi müəyyən edilib. Keçmiş nişanlı cütlüyün cəsədləri yarılma üçün Nevşehir Dövlət Xəstəxanası meyitxanasına aparılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.