Alman vətəndaş İranda edam edildi: Almaniyadan ciddi xəbərdarlıq!

Alman vətəndaş İranda edam edildi:
Kriminal 29-10-2024 - 11:50

İran illərlə əsirlikdə qaldıqdan sonra alman-iranlı dissidenti edam edib.

Ajans.az xəbər verir ki, Berlin 69 yaşlı Cəmşid Şarmahdın edamından sonra "qeyri-insani rejim" və "ciddi nəticələr" barədə İrana xəbərdarlıq edib.

İran əsilli Almaniya vətəndaşı və ABŞ sakini olan Şərmahdın ailəsinin dediyinə görə, 2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərindən keçərkən o, İran hakimiyyəti tərəfindən ələ keçirilib.

İkili vətəndaşlığı tanımayan İran onun necə, harada və nə vaxt ələ keçirildiyini açıqlamadan sadəcə həbs olunduğunu bildirib.

PAYLAŞ: