"Universitet", "akademiya", "institut" adlarına yenidən baxmalıyıq - NAZİR

"Universitet", "akademiya", "institut" adlarına yenidən baxmalıyıq -
nazir
Gündəm 20-02-2025 - 12:28

"Biz qurumlara "universitet", "akademiya", "institut" kimi adların verilməsinə yenidən baxmalıyıq".

Ajans.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Rəyasət Heyətinin Ümumi yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın bəzi ali təhsil müəssisələri çox spesifik, dar ixtisaslı fəaliyyət göstərir:

"Bir qurumun adını "institut"dan dəyişib "universitet" edəndə ölkədə elm inkişaf etmiş olmur. Elmi tədqiqat müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Attestasiya Komissiyası ilə birlikdə müəyyən addımlar atılıb".

PAYLAŞ: