Ümid edirəm bu suallara cavab göndərə biləcəm - MARKETİN MƏTBUAT KATİBİ

Ümid edirəm bu suallara cavab göndərə biləcəm -
Gündəm 27-02-2025 - 14:51

Binə qəsəbəsində "Oba" marketdə partlayış baş verib. Hadisə nəticəsində bir neçə şəxsin yaralandığı bildirilib. 

Ajans.az məsələ ilə bağlı "OBA" marketə soğru ünvanlayıb. Lakin mağazanın mətbuat xidmətindən suallarımıza belə cavab verilib.

"Bu məsələ ilə əlaqədar müvafiq mətbuat açıqlaması yaymışıq. Bu suallarla əlaqədar açıqlamanı da ümid edirəm göndərəcəm".

Suallarımız isə bundan ibarət olub: 1.Təhlükəsizlik qaydaları necə tənzimlənir? 2.Həmin gün binanın yanğın təhlükısizliyinə nəzarətə kim məsul olub?

Qeyed edək ki, bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə-3" mağazasında partlayış baş verib. Patlayış nəticəsində mağazanın yaxınlığından keçən bir vətəndaş və mağazanın iki əməkdaşı xəsarət alıb.

Ajans.az
Vəzifəsi: Redaktor
PAYLAŞ: