Culani Rusiya ilə münasibətlərdə strateji maraqlarını AÇIQLADI

Culani Rusiya ilə münasibətlərdə strateji maraqlarını
Culani
Dünya 29-12-2024 - 15:11

Dəməşqin Moskva ilə münasibətlərdə strateji maraqları var.

Ajans.az xəbər verir ki, bunu Suriyanın yeni hakimiyyət orqanlarının rəhbəri, İslamçı Heyət Təhrir əl-Şam qruplaşmasının lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani) Əl Ərəbiyyəyə müsahibəsində deyib.

“Rusiya dünyanın ikinci ən güclü ölkəsidir və böyük əhəmiyyət kəsb edir”, - deyə, Culani bildirib.

Yeni hakimiyyətin lideri vurğulayıb ki, o, Rusiyanın “Suriya ilə münasibətlərinə uyğun gəlməyən bir şəkildə getməsini” istəmir.

Müsahibədə HTŞ lideri əl-Şaraa deyib ki, Suriyada seçkilərin təşkili dörd il, ölkənin yeni konstitusiyasının hazırlanması və yazılması isə təxminən üç il çəkə bilər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: