İsrail Metadan senzura tələb etdi
İsrail Meta meneceri Fələstin tərəfdarı olan məzmunun senzurasına təzyiq edib.
Ajans.az xəbər verir ki, “Facebook” və “Instagram”ın daxil olduğu Meta-nın İsrail və Yəhudi Diasporu Siyasəti Direktoru Cordana Katler Fələstində Ədalət Uğrunda Tələbələr (SJP) platformasının “İnstagram” paylaşımlarına senzura tələb edib.
ABŞ-da araşdırmaçı jurnalistika təşkilatı olan "The Intercept" xəbər platformasına sızan şirkətdaxili yazışmalara əsaslanan xəbərə görə, Katler, İsrailin davam edən etirazlarına qarşı aparıcı rol oynayan Fələstin tərəfdarı SJP-nin sosial media dəstəkçisidir.
SJP-nin ən az 4 ayrı paylaşımını və İsrailin xarici siyasətinə zidd rəftarları ehtiva edən bəzi məzmunları nəzərdən keçirilməsi üçün işarələyən Katler senzura üçün dəfələrlə Metanın "Təhlükəli Şəxslər və Təşkilatlar Siyahısı"na müraciət edib.
Katlerin Metanın daxili senzura sistemindən istifadə etmək cəhdlərinin uğurlu olub-olmadığı hələ də bəlli olmasa da, Meta Katlerin işarələdiyi yazıların senzuraya məruz qalıb-qalmaması barədə məlumat verməkdən imtina edib.