Ukrayna heç vaxt NATO-ya girə bilməyəcək! - Boris

Ukrayna heç vaxt NATO-ya girə bilməyəcək! -
Siyasət 15-10-2024 - 17:01

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putini Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağına inandırmağa çalışıb, bu, onların 2022-ci il yanvarın sonunda telefon danışığı zamanı baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Conson öz kitabında danışıb. Kitabda Conson xatırladır ki, Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə yerləşdirilməsinin yolverilməzliyi ilə bağlı söylədiyi fikirlərə cavab olaraq Putin cavab verib ki, Ukraynanın Qərb hərbi blokuna qoşula biləcəyi qorxusuna görə Moskvanın buna qanuni hüququ var.

“Mən əsəbiləşdim. Bəli, doğrudur, NATO soyuq müharibə başa çatdıqdan sonra genişləndi. Bəs Ukrayna? NATO-ya? İndi? Şəxsən mən bunun yaxşı və məntiqli fikir olduğunu düşünürdüm, lakin Putin mənim qədər yaxşı bilirdi ki, Ukraynanın NATO-ya üzv olmaq şansı yoxdur. Mən dedim ki, bütün bunlar tamamilə qeyri-realdır”, - deyə, kitabda yazılıb.

Daha əvvəl də məlum olub ki, Rusiya üçün xüsusi hərbi əməliyyat (SVO) ərəfəsində bəzi alman siyasətçiləri iqtisadi problemlərdən qaçmaq üçün “Ukraynanı qurban verməyi” təklif ediblər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: