Ucarda qəza baş verib, xəsarət alanlar var

Ucarda avtomobil qəzası baş verib, xəsarət alanlar var.
Ajans.az xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun rayonun Qazyan kəndindən keçən hissəsində baş verib.
"Toyota" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındaki qaz xəttinin üzərinə aşıb.
Nəticədə Zərdab rayon sakinləri, 1993-cü il təvəllüdlü Ramin Ayaz oğlu Bədirxanlı və 1995- ci il təvəllüdlü İsa Akif oğlu Səhrablı ağır xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakt araşdırılır.