Türkiyənin ilk məscidi bərpa olunur

Türkiyənin ilk məscidi
Gündəm 05-02-2025 - 22:25

Türkiyənin Hatay əyalətində tarixi Həbibi Nəccar məscidində bərpa işləri davam edir.

Ajans.az xəbər verir ki, Həbibi Nəccar məscidində bərpa işlərinin iyulun 7-nə – Hatayın Türkiyəyə birləşdirilməsinin növbəti ildönümünə qədər başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Həbibi Nəccar 2023-cü ilin 6 fevral zəlzələsi zamanı dağılmışdı.

Həbibi Nəccar məscidi 638-ci ildə müasir Türkiyənin cənubunda müsəlman-ərəblər tərəfindən əsası qoyulan ilk məscid hesab olunur.

PAYLAŞ: