Türkiyədə güclü PARTLAYIŞ: Xeyli sayda ÖLƏN VAR

Türkiyədə güclü PARTLAYIŞ:
Türkiyə
Hadisə 24-12-2024 - 10:54

Balıkəsir valisi İsmail Ustaoğlu Karesi rayonunda partlayıcı maddə istehsal edən fabrikdə baş verən partlayışda 12 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını açıqlayıb.

Ajans.az xəbər verir ki, Vali Ustaoğlu təxribat ehtimalının olmadığını bildirib.

Fabrikdə baş verən partlayışdan sonra bölgəyə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşınlar yönəldilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: