Türkiyədə dəhşətli QƏZA: 33 YARALI

Hadisə
05-02-2025 - 11:05
Antalyada sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. 8-i uşaq olmaqla 33 nəfər xəsarət alıb.
Ajans.az xəbər verir ki, bu barədə “AHaber” məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, avtobus Giresuna gedib, lakin sürücü avtomobili idarə edə bilməyib. Bütün zərərçəkənlər xəstəxanalara çatdırılıb.
Dərhal hadisə yerinə təcili tibbi yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Hazırda hadisənin dəqiq səbəbi məlum deyil.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir